Aprelin 8-i saat 16:00-da “Gündəm təhsildir” onlayn müzakirə proqramının “Müasir müəllim necə olmalıdır?” mövzusunda növbəti buraxılışı yayımlanacaq.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib ki, proqramın budəfəki qonağı Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri, Bakı Oksford məktəbinin müəllimi Rüfət Əsədzadədir.
Qeyd edək ki, onlayn müzakirə proqramı BŞTİ-nin rəsmi feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.