Logo

AMEA-da institutlararası futbol çempionatı təşkil olunacaq

05.04.2022 16:54 443 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Azad Həmkarlar İttifaqının, Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə AMEA-nın gənc alim və mütəxəssislərinin VII institutlararası futbol çempionatı keçiriləcək.

Bu barədə AMEA-dan məlumat verilib.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illik yubileyinə həsr olunan ənənəvi çempionatda iştirak etmək istəyən komandalar aprelin 10-dək iştirakları ilə bağlı ərizələri AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasına təqdim etməlidir. Turnirdə iştirak etmək üçün tələblər:
-Müəssisənin rəhbərliyi tərəfindən imza və möhürlə təsdiqlənən iştirakçı ərizəsində hər komandanın heyətində maksimum 12 nəfər olmalıdır;

-Komandanı təmsil edən hər bir oyunçu haqqında şəxsi məlumatlar (ad, atasının adı, soyadı, işlədiyi şöbə, vəzifəsi, 3x4 ölçüdə şəkil), şəxsiyyəti təsdiq edən sənədin surəti, eləcə də əmək kitabçasından çıxarış (rəhbərlik tərəfindən möhürlə təsdiqlənmiş) sənədlərə əlavə olunur;

-Komandaların heyətində AMEA-nın müvafiq müəssisəsində yalnız ştatda və yaxud yarımştatda çalışan əməkdaşlar iştirak edə bilərlər.

Müəssisə üzrə komandanın təşkili məsələsinə müvafiq təşkilatın Gənc Alim və Mütəxəssislər Şurasının sədri cavabdehlik və məsuliyyət daşıyır.

Qeyd olunan tələbləri ödəməyən komandaların ərizələri qəbul olunmayacaq.

Xəbər lenti