Logo

ASAPES-in müəllimi İdman Mübadilə Proqramına seçilib

05.04.2022 19:38 315 baxış
IMG

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) "İdmanın oyun növləri" kafedrasının müəllimi Elşən Yusubov ABŞ Dövlət Departamentinin basketbol üzrə İdman Mübadilə Proqramına seçilib.

Tehsil.biz xəbər verir ki, 2 həftə davam edəcək proqram iştirakçılar üçün amerikalılarla qarşılıqlı ünsiyyətdə olmaq, həmçinin ABŞ cəmiyyəti, mədəniyyəti və dəyərləri ilə tanış olmaq fürsəti yaradır.

Proqram qidalanma, güc və hazırlıq, idmanda gender bərabərliyi, idman və əlillik, həmçinin komanda quruculuğu üzrə təlim sessiyalarını əhatə edəcək. Bundan başqa, iştirakçıların ölkələrinə qayıtdıqdan sonra istifadə edəcəkləri şəxsi fəaliyyət planının hazırlanmasına da xüsusi diqqət yetiriləcək.

Xəbər lenti