Logo

Bakı Ali Neft Məktəbinin 4 tələbəsi “Maire Tecnimont” şirkətində təcrübədədir

05.04.2022 21:16 310 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) 4 tələbəsi İtaliyanın “Maire Tecnimont” şirkətində təcrübə keçir.

Onlar Ali Məktəbin rektoru Elmar Qasımovun  təşəbbüsü ilə İtaliya şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən İnkişaf proqramı (Development program) layihəsinə seçiliblər.

Proqrama seçilən tələbələr BANM-in Kimya mühəndisliyi ixtisasının V kursunda təhsil alan Kafyə Abzərova, Cavanşir Sadıqov, Rasimə Nəsirova və Əli Məmmədzadədir.

Təcrübə proqramı uğurla yekunlaşdıqdan sonra tələbələrin işə qəbul prosesinə başlanılacaq.

Xəbər lenti