Logo

BDU-nun əməkdaş və tələbələri "Qarabağın su ehtiyatlarının hesablama metodları" adlı təlimdə

05.04.2022 21:51 304 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin əməkdaş və tələbələri "Azərsu" ASC-nin “Sudan səmərəli istifadənin metodları" adlı layihəsinin növbəti günündə "Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun direktor müavini Rəşail İsmayılovun təqdimatında "Qarabağın su ehtiyatlarının hesablama metodları" adlı təlimdə iştirak ediblər.

Tehsil.biz xəbər verir ki, tədbirdə fakültənin Tələbə Gənclər Təşkilatının sədri Samirə Novruzova, Geologiya fakültəsinin Hidrogeologiya və mühəndis geologiyası kafedrasının müəllimləri - Ələkbər Mirzəyev və Günay Hüseynova, həmçinin bir qrup tələbə iştirak edib.

Təlimin keçirilməsində məqsəd sudan səmərəli istifadənin metodları, su haqqında elmi biliklərin artırırlmasına töhfə vermək və cəmiyyətin diqqətini bu sahəyə yönəltməkdən ibarətdir.

İştirakçılar həmçinin "Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi”nə ekskursiya ediblər.

Xəbər lenti