Logo

Xırdalanda məktəbin uçan damının təmirinə başlanılıb

06.04.2022 11:30 324 baxış
IMG

Bu gündən güclü külək nəticəsində Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin uçan damının təmirinə başlanılıb.

Tehsil.biz xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Abşeron Rayon Təhsil Şöbəsindən bildirilib.

Qeyd olunub ki, təmir-bərpa işləri Təhsil Nazirliyinin Təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən həyata keçirilir: "Məktəbin şagirdləri isə müvəqqəti olaraq onlayn təhsilə cəlb olunublar".

Qeyd edək ki, hadisə aprel ayının 4-də baş verib.

Xəbər lenti