Azərbaycan Basketbol Federasiyası tərəfindən U14 2008-2009-cu il təvəllüdlü oğlan və qızlar arasında “Bahar kuboku 2022” Respublika turniri keçirilib.
Tehsil.biz xəbər verir ki, yarışda 144 qız və 288 oğlan olmaqla 36 komanda mübarizə aparıb.
Yarışda qız komandaların mübarizəsində “Təhsil” Respublika İdman Mərkəzinin 2 nömrəli respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin komandası I yeri, 11 nömrəli uşaq-gənclər idman məktəbinin komandası III yeri, oğlanların mübarizəsində “Təhsil” Respublika İdman Mərkəzinin komandası I yeri, 2 nömrəli respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin komandası II yeri, 10 nömrəli uşaq-gənclər idman məktəbinin komandası isə III yeri tutub.