Sosial şəbəkədə Tovuzun Aşağı Öysüzlü kənd məktəbinin təmirsiz fotoları yayılıb.
Təhsil Nazirliyi məktəbin təmir olunub-olunmayacağı məsələsinə münasibət bildirib.
Nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Dövlət İnvestisiya proqramı çərçivəsində vəsait ayrıldığı təqdirdə qeyd edilən məktəbin tikintisinə baxılacaq.