ASAPES-SABAH tələbələri ComplexCore+ üçsəviyyəli proqramının sertifikatını alıblar.
Bu barədə "Tehsil.biz"ə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasından məlumat verilib.
Bildirilib ki, Avstriyanın “ComplexCore+” şirkətinin icraçı direktoru Roman Yahodanın ölkəmizə səfəri çərçivəsində ASAPES-in SABAH qrupları modeli əsasında “Bədən tərbiyəsi və idmanda reabilitasiya” ixtisası üzrə yaradılmış xüsusi pilot qrupun tələbələri ComplexCore+ şirkətinin fiziki reabilitasiya üzrə üçsəviyyəli proqramının sertifikatına layiq görülüblər.