Logo

UNEC-də təlim: Asinxron tədris materiallarının hazırlanması və təsirli təqdimat texnikaları

06.04.2022 17:45 310 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Asinxron tədris materiallarının hazırlanması və təsirli təqdimat texnikaları” mövzusunda təlimlərə start verilib.

UNEC-dən bildirilib ki, müəllimlər üçün təşkil olunan təlimi Türkiyənin Əmək və Sosial Müdafiə Araşdırma Mərkəzinin (ÇASGEM) mütəxəssisi Metin Cudi keçib.

Təlimdə effektiv təqdimatların hazırlanması və təqdim edilməsi metodları, qrup qarşısında təsirli təqdimatın keçirilməsi, asinxron tədrisin üstün və mənfi tərəfləri, habelə proqramları barədə məlumat verilib.

Xəbər lenti