Logo

İqtisad Universitetinin “SABAH” tələbələrinin məqaləsi beynəlxalq jurnalda dərc olunub

06.04.2022 18:00 383 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) “SABAH” Mərkəzinin müəlliminin və tələbələrinin məqaləsi beynəlxalq konfransın jurnalında dərc olunub.

UNEC-dən bildirilib ki, “SABAH”ın mühasibat uçotu və audit ixtisasında təhsil alan 4-cü kurs tələbələri Günel Rüstəmli, Murad Namazov, Nəzrin Həsənzadə, Yusif Hüseynov və mərkəzin müəllimi Aygün Abdulovanın birgə məqaləsi Birləşmiş Krallığın Brayton şəhərində IV beynəlxalq elmi-praktik konfransın jurnalında dərc olunub.

Məqalədə Ələt Azad İqtisadi Zonasının və qonşu ölkələrin azad iqtisadi zonalarının cari vəziyyəti və perspektivləri araşdırılıb.

Xəbər lenti