Logo

ADNSU-nun tələbələri üçün Almaniyada təhsillə bağlı seminar keçirilib

06.04.2022 19:45 310 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Almaniyada təhsillə maraqlanan tələbələr üçün “Haradan başlamalıyam” mövzusunda seminar təşkil olub.

ADNSU-dan bildirilib ki, seminar Edu-Support Almaniyada Təhsil Mərkəzi və SRH Universitetinin regional meneceri İsmayıl Qədimlinin təqdimatı əsasında keçirilib.

Tələbələrə Almaniyada təhsil almaq üçün tələblər, müraciət tarixləri, qəbul şərtləri və s. haqqında ətraflı məlumat verilib.

Sonra tələbələrin sualları cavablandırılıb.

Xəbər lenti