Logo

AzTU əməkdaşlarının abituriyentlərlə görüşlərinə start verilib

06.04.2022 20:15 322 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşları texniki yönümlü ixtisaslara marağı olan XI sinif şagirdləri ilə yaxından tanışlıq məqsədilə respublikanın şəhər və rayon məktəblərində görüşlərə başlayıb.

Tehsil.biz xəbər verir ki, ilk görüşlər Gədəbəy, Samux, Daşkəsən, Ağstafa rayonları və Naftalan şəhəri məktəbliləri üçün onlayn formada keçirilib.

Görüşlərdə AzTU-nun müvafiq strukturlarının əməkdaşları, həmçinin 300-dək XI sinif şagirdi, onların valideynləri və müəllimləri iştirak edib.

AzTU-da tədrisin keyfiyyəti, fakültələr, ixtisaslar, karyera imkanları, xaricdə təhsil, ikili diplom proqramları haqqında şagirdlərə ətraflı məlumat verilib.

Sonda məktəblilərin sualları cavablandırılıb.

Qeyd edək ki, Bakı və regionlarda təhsil alan XI sinif şagirdləri ilə görüşlər mütəmadi olaraq davam etdiriləcək.

Xəbər lenti