Logo

UNEC-də tələbələrin istehsalat təcrübəsinin təşkilində yeniliklər tətbiq olunacaq

06.04.2022 20:51 293 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tələbələrin istehsalat təcrübəsinin təşkilində tətbiq olunacaq yeniliklər barədə müzakirələr aparılıb.

UNEC-dən bildirilib ki, universitetin rektoru professor Ədalət Muradovun, tədris üzrə prorektor dosent Gəray Musayevin, Qiyabi və əlavə təhsil mərkəzinin rəhbəri Səbuhi Tanrıverdiyevin iştirakı ilə keçirilən müzakirələrdə Təcrübənin təşkili şöbəsinin direktoru Leyla Nəsirzadə təqdimatla çıxış edib.

Təqdimatda tələbələrin istehsalat təcrübəsinin alternativi kimi nəzərdə tutulan təcrübə layihəsi barədə məlumat verilib. Layihə işinin məqsədi, mövzuların müəyyən olunması, qiymətləndirmə meyarları, layihə rəhbərinə tələblər və digər məsələlər barədə müzakirələr aparılıb və təkliflər səsləndirilib.

Xəbər lenti