Logo

"Mənim gündəliyim” müsabiqəsinin məktəb mərhələsi davam edir

07.04.2022 10:32 404 baxış
IMG

“Mənim gündəliyim” adlı oxu və yaradıcılıq  müsabiqəsinin məktəb mərhələsi davam edir.

Tehsil.biz xəbər verir ki, müsabiqənin ilk mərhələsində şagirdlər məktəb kitabxanalarından istifadə etməklə Azərbaycan və  dünya  ədəbiyyatı nümunələrini oxuyaraq gündəlik hazırlayırlar.

İki mərhələdən ibarət müsabiqədə Bakı şəhəri ümumi təhsil müəssisələrinin I-XI sinif şagirdləri iştirak edirlər.

Müsabiqənin şəhər mərhələsində şagirdlərin təqdim etdikləri gündəliklərə Münsiflər heyəti tərəfindən baxış keçiriləcək, qiymətləndirmə meyarlarına  uyğun olaraq  ən yaxşı işlər seçiləcək.

Müsabiqənin nəticələrinə əsasən, 5 nəfər I, 5 nəfər II, 5 nəfər III yer olmaqla, ümumilikdə,15 şagird qalib adını qazanacaq. Xüsusi fəallığı ilə fərqlənən 10 şagirdə Tərifnamə, fəal iştiraka  görə  25 şagirdə isə Təşəkkürnamə təqdim  olunacaq.

Qaliblər BŞTİ tərəfindən  diplom və hədiyyələrlə mükafatlandırılacaq.

Qeyd edək ki, müsabiqənin keçirilməsinin əsas məqsədi təhsilalanların mütaliə vərdişlərinin təkmilləşdirilməsi, oxu  və yazı  bacarıqlarının inkişaf etdirilməsi, Azərbaycan və  dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı barədə məktəblilərin məlumatlılıq səviyyəsinin artırılması,  istedadlı və mütaliəyə marağı olan şagirdlərin vaxtında üzə çıxarılması və onlara  dəstək  göstərilməsindən ibarətdir.

Xəbər lenti