Logo

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı keçiriləcək

07.04.2022 10:48 516 baxış
IMG

“Mayın 8-də dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı keçiriləcək. Dövlət qulluğu üzrə sertifikat müddəti 5 ildir”.

Tehsil.biz xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Hüquqi-təminat və dövlət qulluğu məsələləri şöbəsinin müdiri Vüqar Əsgərov bildirib. Onun sözlərinə görə, sertifikatın müddətindən 4 il keçdikdən sonra, 12 ay, yəni 5-ci il bitənə qədər həmin şəxslər dövlət qulluğunda fəaliyyətini davam etdirmək üçün vəzifənin aid olduğu alt qrup üzrə imtahanda iştirak etməli və sertifikat əldə etməlidilər.

Şöbə müdiri bildirib ki, 2016-cı ildən, yəni dövlət qulluğu ilə bağlı sertifikat sistemi qəbul edilmədən əvvəl dövlət qulluğunda işləyən şəxslər əgər öz işlərini davam etdirmək istəyirlərsə sertifikat əldə etmələrinə ehtiyac yoxdur:

“Ancaq dövlət qulluğu stajı 10 ili ötməyən həmin şəxslər daha yüksək vəzifəyə iddia edirlərsə, bu zaman onlar da sertifikat əldə etmək üçün imtahan verməlidilər”.

Vüqar Əsgərov deyib ki, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə sertifikatı ala bilməyən şəxslərin dövlət qulluğuna xitam verilə bilər.

Xəbər lenti