Logo

Payız semestri üzrə təhsil kreditinə müraciətlərin sayı açıqlanıb

07.04.2022 11:20 514 baxış
IMG

Payız semestri üzrə təhsil tələbə krediti almaq üçün 5678 nəfər müraciət edib.

Tehsil.biz xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayev mətbuat konfransında deyib.

Onun sözlərinə görə, müraciətlərin 3590-ı (63 faiz) yekunlaşdırılıb, 2088-i (37 faiz) isə yekunlaşdırılmayıb:

"Yekunlaşdırılmamış müraciətlər üzrə 2088 müraciətə sistem tərəfindən müraciət müddəti bitdiyi üçün imtina verilib. Belə ki, 1461 tələbə sistemə daxil olub, lakin heç bir əməliyyat aparmayıb. 627-si isə tələbə olmayan, kredit almayan və s. şəxs olub. 3590 yekunlaşdırılmış müraciət üzrə 1116 nəfər sosial, 1783 şəxs isə standart təhsil tələbə krediti alıb. 691 müraciətə isə imtina verilib".

Xəbər lenti