Təhsil tələbə kreditlərinin (TTK) iqtisadi zonalar üzrə statistik bölgüsü açıqlanıb.
Tehsil.biz xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayev mətbuat konfransında deyib.
Onun sözlərinə görə, TTK üzrə müraciətlərin bölgüsü aşağıdakı kimidir:
Bakı iqtisadi rayonu üzrə 663, Naxçıvan iqtisadi rayonu üzrə 89, Abşeron-Xızı iqtisadi rayonu - 131, Mil-Muğan iqtisadi rayonu üzrə 195, Lənkəran-Astara iqtisadi rayonu üzrə 362, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 206, Mərkəzi Aran iqtisadi rayonu üzrə 177, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 144, Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə 180, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 165, Qarabağ iqtisadi rayonu üzrə 231, Şərqi Zəngəzur iqtisadi rayonu üzrə 36, Qazax-Tovuz iqtisadi rayonu üzrə 193, Şirvan-Salyan iqtisadi rayonu üzrə 127 müraciət olub.
O deyib ki, yekunlaşdırılmış müraciətlərin 2485-i bakalavriat, 363-ü isə magistatratura üzrə olub. Tam orta təhsil bazasından orta ixtisas təhsili üzrə 33, ümumi orta təhsil bazasından orta ixtisas təhsili üzrə 18 olub.