Eyni ailənin iki və daha çox üzvünə rəsmiləşmiş təhsil tələbə krediti ilə bağlı statistik göstəricilər açıqlanıb.
"Tehsil.biz"in xəbərinə görə, bu barədə Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayev mətbuat konfransında bildirib.
O qeyd edib ki, 47 ailədən 94 tələbəyə sosial, 50 ailədən 101 tələbəyə isə standart təhsil tələbə krediti verilib:
"Ümumilikdə 97 ailədən 195 tələbə kredit alıb. Eyni ailədən 3 tələbə olan ailə sayı 1, 2 tələbə olan ailə sayı isə 96-dır".