Logo

Abituriyent DİM-in səhvinə görə imtahana gedə bilməyib? - AÇIQLAMA

07.04.2022 11:52 438 baxış
IMG

Dövlət İmtahan Mərkəzi abituriyentlərə imtahana buraxılış vərəqəsinin çap edilməsi ilə bağlı xatırlatma SMS-ində texniki səhvə yol verib. İmtahanda iştirak edəcək abituriyentlərin mobil telefonuna göndərilən xəbərdarlıqda imtahan tarixi 2022-ci il əvəzinə 2021-ci il qeyd olunub. 

Bu barədə sosial şəbəkə hesabında təhsil eksperti Kamran Əsədov yazıb. 

O qeyd edib ki, bu səbəbdən abituriyent imtaha girə bilməyib: “Dövlət İmtahan Mərkəzi, bizdə 2022-ci ildir. Göndərdiyiniz SMS bildirişdə 2021-ci il qeyd etmisiniz. Bilirsiniz nə olub? Abituriyent elə bilib ki, köhnə mesajdır və imtahanda iştirak etməyib. Abituriyent cavabında 1 rəqəm səhvi edəndə nə olur? Səhv cavablar düzgün cavaba təsir göstərir...”

Məsələyə aydınlıq gətirmək üçün "Qafqazinfo" Dövlət İmtahan Mərkəzinə müraciət edib. DİM-dən bildirilib ki, imtahanda iştirak etmək istəyən əvvəlcədən qeydiyyatdan keçir və 1 həftə-10 gün qalmış DİM-in saytından buraxılış vərəqəsini çap edib imtahana gedir: “Məsələ bu qədər sadədir. SMS buraxılış vərəqəsini vaxtında çap etməyənlər üçün xatırlatma məqsədilə göndərilir və orada da vərəqi çap etmək üçün link yerləşdirilib. Kimlər imtahana getmək istəyir linkə daxil olub buraxılış vərəqəsini çap edir, iştirak etmək istəməyənlər üçün isə bu sadəcə bir bəhanə ola bilər”.

Xəbər lenti