Logo

BDU ilə Küveyt universitetləri arasında ikitərəfli əlaqələr genişlənir

25.12.2020 13:14 507 baxış
IMG

Azərbaycanın çoxşaxəli xarici əlaqələrində, o cümlədən mədəniyyət, elm və təhsil sahəsində münasibətlərdə ərəb ölkələri ilə əməkdaşlıq mühüm yer tutur. Bu xüsusda ölkəmizlə Küveyt dövləti arasında münasibətlər son dövrlər inkişaf etməkdədir. Bakı Dövlət Universiteti (BDU) və Küveyt Dövlətinin Azərbaycandakı səfirliyi ilə birgə elm və təhsil sahəsində birgə layihələr həyata keçirilir.

 

BDU ilə Küveytin Azərbaycandakı səfirliyinin birgə əməkdaşlığı nəticəsində Şərqşünaslıq fakültəsinin Tərcümə (ərəb dili) ixtisasının IV kurs tələbəsi Neymət Məmmədov Küveyt Universitetinin Dillər Mərkəzinin ərəb dili təlimlərini müvəffəqiyyətlə başa vurub.

 

Küveyt Universitetinin Dillər Mərkəzində təhsil alan Neymət Məmmədov ölkəmizi və BDU-nu xarici ölkə tələbələri arasında təmsil edib.

 

O, Küveytdə ölkəmiz haqqında dolğun məlumatın yerli ictimaiyyətə çatdırılması işində fəallıq göstərib, Azərbaycanın Küveytdəki səfirliyinin tədbirlərində, ölkəmizin əlamətdar günlərində faktiv iştirak edib, ictimai təşəbbüskarlığı ilə seçilib.

 

Qeyd edək ki, Neymət Məmmədov Şərqşünaslıq fakültəsində təhsil aldığı müddətdə də ümumi orta müvəffəqqiyyət göstəricisi yüksək olub, sosial fəallığı ilə seçilib.

Xəbər lenti