Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 32 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Həsənova Səbinə Məmmədhəsən qızı ilə görüşüb.
Tehsil.biz xəbər verir ki, şəhər rəhbəri yeniyetmə ilə söhbət edərək, onun təhsili, iştirak etdiyi olimpiada və müsabiqələrdə qazandığı nailiyyətlərlə maraqlanıb. Səbinə dərslərinə böyük maraq göstərdiyini, gələcəkdə təhsili ilə bağlı böyük uğurlar əldə etmək istəyinin olduğunu dilə gətirib. O, maddi vəziyyətlərinin aşağı olduğunu bildirərək, ailəsinə müvafiq köməkliyin göstərilməsini xahiş edib.
Azərbaycanın gələcəyinin məhz belə bilikli, bacarıqlı gənclərin əllərində olduğunu bildirən Niyazi Bayramov, Səbinə Həsənovaya dərslərində müvəffəqiyyətlər arzulayıb və ailəsinə maddi yardımın göstərilməsi ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.
Səbinə Həsənova göstərilən diqqətə görə öz minnətdarlığını bildirib.