Logo

Qərbi Kaspi Universiteti Bərdə Xəstəxanasına tibbi ləvazimatlar göndərib

05.10.2020 13:48 504 baxış

Qərbi Kaspi Universiteti cəbhə xəttinə yaxın yerləşən Bərdə Rayon Mərkəzi Xəstəxanasına zəruri tibbi ləvazimatlar, yataq dəstləri və hospital şəraitində istifadə olunan digər ləvazimatlar göndərib.

Tehsil.biz xəbər verir ki, bununla bağlı məlumat universitetin saytında yerləşdirilib. "Azərbaycan Ordusu hərbi-texniki cəhətdən olduğu kimi tibbi müəssisələrimiz də istənilən vəziyyətə hazırdır. Ancaq istənilən halda, hər birimiz bu gün ordumuzun yanında olmalı, ona dəstək göstərməliyik.
Ali Baş Komandanımız, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun işğalçı Ermənistanın növbəti təcavüzünə cavab olaraq başlatdığı əks-həmlə əməliyyatları nəticəsində torpaqlarımızın düşmən tapdağından azad olunacağına, üçrəngli bayrağımızın Şuşada, Xankəndidə dalğalanacağına inanırıq.

Səninləyik Ali Baş Komandan! Səninləyik Azərbaycan Əsgəri!" - deyə məlumatda bildirilir.

Xəbər lenti