13 mart 2022-ci il tarixində dövlət qulluğuna qəbul üzrə keçirilən test imtahanından (A növü) müvəffəqiyyətlə keçən namizədlərin sertifikatlarının verilməsinə başlanılıb.
DİM-dən "Tehsil.biz"ə bildirilib ki, namizədlər mərkəzin Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasına və ya DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Göyçay, Şəmkir, Şirvan, Bərdə və Xaçmaz Regional Bölmələrinə müraciət edə bilərlər.
Müraciət edən şəxslər sertifikatı almaq üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.