Logo

“Bazarstore” MMC ilə birgə işə əsaslanan dual təhsil formatında həyata keçirilən 6 aylıq diplom proqramı başa çatıb

08.04.2022 10:42 782 baxış
IMG

7 aprel tarixindən "BACARIQLI OL" Usta yanında öyrənmə proqramı çərçivəsində Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Bazarstore” MMC supermarketlər şəbəkəsi ilə birgə təşkil edilən "Ərzaq və qeyri-ərzaq mallarının satıcısı, nəzarətçi-xəzinədar" ixtisası üzrə təhsil alan tələbələrin iş əsaslı təlimi başa çatıb.

Tehsil.biz xəbər verir ki, təlimdə Gəncə və Bərdə şəhərlərində sözügedən istiqamət üzrə 6 aylıq ilk peşə təhsili pilləsində təhsil alan tələbələr iştirak edib.

6 aylıq diplom proqramının yekunlaşması ilə bağlı Bərdə Peşə Liseyi və Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrinin dövlət buraxılış imtahanı keçirilməkdədir. İmtahanda peşə təhsil müəssisələrinin müəllimləri, eləcə də işəgötürən müəssisənin nümayəndəsi tərəfindən 6 ay müddətində tələbələrin əldə etdikləri nəzəri və praktiki biliklər yoxlanılır.

İş əsaslı təlimin sonunda tələbələr peşə təhsili haqqında diplom əldə edəcəklər. İmtahan nəticələri və işə müraciət anketləri təhlil olunduqdan sonra təcrübə müddətini uğurla bitirmiş tələbələrlə müsahibələrin keçirilməsi və “Bazarstore” MMC mağazalarında “Satıcı” və ya “Kassir” vəzifəsi üzrə işlə təmin olunması nəzərdə tutulur.

Proqramın məqsədi peşə təhsil müəssisələrinin tələbələri və işsiz gənclərin təlimini praktiki formada və iş şəraitinə ən yaxın şəkildə təşkil etmək, peşə təhsilinin əhatəliliyini və proqram məzunlarının işəgötürülmə imkanlarını artırmaqdan ibarətdir.

Xəbər lenti