"Azərbaycanda kolleclər ləğv olunmalıdır. Biabırçılıqdır, ölkədə 61 kollec var, 46 ali məktəb".
Tehsil.biz xəbər verir ki, bu sözləri TəhsilBİZ TV-nin efirində yayımlanan "Təhsil gündəmi" verlişində Elşən Qafarov deyib.
Təhsil eksperti bildirib ki, bu gün təhsili inkişaf etmiş ölkələrdə: Yaponiya, Böyük Britaniya, Finlandiya və s. kimi ölkələrdə hətta bakalavrları belə məhdudlaşdırılar:
"Həmin ölkələrdə olan bu məsələyə görə, səbəb olaraq bildirirlər ki, müəllimlik elmi-pedaqoji sahədir və ümumiyyətlə bütün ixtisaslar üzrə bu hal müşahidə olunur. Axı hansı dövrdür ki, ölkədə 46 ali məktəb var, 61 kollec?"
Elşən Qafarovun sözlərinə görə, bu vəziyyəti tənzimləmək üçün ali təhsilin səviyyələrini 4-ə çatdırmaq lazımdır:
"İndi bakalavriat, magistratura və doktoranturadırsa, bu səviyyələrin sayını artıraraq 4-ə yüksəltmək lazımdır. Xaricdə bu təcrübə var və kifayət qədər effektlidir".
Fəqan Əzimli