Azərbaycan Respublikası Təhsil Nazirliyinin tərkibində fəaliyyət göstərən “Zəngi” liseyinin direktoru valideynlərdən pul almaqda ittiham olunur.
Tehsil.biz xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
Belə ki, Arif Bədəlov adlı müəllim boş sinfə dərs keçdiyini bildirib.
A.Bədəlovun iddiasına görə, “Zəngi” liseyində təhsil alan X sinif şagirdlərinin valideynləri direktora pul ödədikləri üçün dərsə gəlmirlər.