Logo

Sağlamlıq imkanları məhdud 76 uşaq evdə reabilitasiyaya cəlb edilib

08.04.2022 13:34 403 baxış
IMG

“0-6 yaş arası sağlamlıq imkanları məhdud uşaqların evdə sosial reabilitasiyaya cəlb olunması ilə bağlı 2021-ci ilin 1 iyun tarixində start verilən layihə çərçivəsində ötən dövr ərzində 76 uşağa xidmət göstərilib”.

Bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müavini Faiq Ağayev "Sosial saat"da deyib.

O bildirib ki, layihə pilot olaraq ilk növbədə Bakı şəhəri üzrə aparılır:

"23 uşağın reabilitasiyası uğurla başa çatdırılıb. 27 uşaqla bağlı da qiymətləndirmə yekunlaşıb və yaxın zamanda onlar da reabilitasiyaya cəlb olunacaqlar. Bu reabilitasiya tam ödənişsizdir. Əməkdaşlarımız evlərə gedərək uşaqların vəziyyətini qiymətləndirir və valideynlərin razılığı ilə onlara reabilitasiya xidmətləri göstərilir".

Faiq Ağayev qeyd edib ki, bir uşaqla prosesin 6 ay müddətində aparılması nəzərdə tutulub:

“Lakin uşağın vəziyyətindən asılı olaraq bu müddət uzana bilər. Bir ailədə bir neçə sağlamlıq imkanı olan uşaq varsa, onlar 0-6 yaş aralığındadırsa, hər birinə xidmət göstərilir. Həmin uşaqların sağlamlıq imkanları qiymətləndirilərək, qrup və fərdi şəkildə xidmət aparılır”, - o əlavə edib. //APA

Xəbər lenti