Logo

Mingəçevir Dövlət Universitetinin əməkdaşları beynəlxalq layihə çərçivəsində mühazirələr deyib

08.04.2022 14:50 416 baxış
IMG

2022-ci ilin 22-25 mart tarixlərində Mingəçevir Dövlət Universiteti (MDU) ilə Belarus Respublikasının Baranoviç Dövlət Universitetinin (BarDU) əməkdaşlığı çərçivəsində “Partnyor elm-təhsil treki” adlı beynəlxalq layihə baş tutub.

Tehsil.biz xəbər verir ki, “Microsoft Teams” platforması üzərindən onlayn formatda gerçəkləşən layihədə MDU və BarDU-nun professor-müəllim heyəti, tələbə və magistrantları iştirak edib.

Layihə çərçivəsində martın 22-də MDU-nun Humanitar fənlər kafedrasının baş müəllimi İlham Məmmədov “Müasir insanın multikultural tərbiyəsi gələcək qlobal rifahın qarantıdır” mövzusunda, martın 23-də İqtisadiyyat kafedrasının müdir əvəzi Arif Tağıyev “Azərbaycanın milli iqtisadiyyatının inkişafının dövlət tənzimlənməsinin xüsusiyyətləri (müasir reallıqlar şəraitində)” mövzusunda, martın 24-də İnformasiya texnologiyaları kafedrasının dosenti Elmira İsrafilova “Tranzaksiyaların paralel işləməsi zamanı yaranan problemlər” mövzusunda və martın 25-də Sənayenin təşkili və idarəetmə kafedrasının dosenti Tural Xəlilov “Rəqəmsal iqtisadiyyatda məşğulluq və idarəetmə” mövzusunda mühazirələrlə çıxış ediblər. Mühazirələrə MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev moderatorluq edib.

Mühazirələr BarDU-nun tələbə və magistrantları tərəfindən maraqla qalşılanıb.

Qeyd edək ki, beynəlxalq əlaqələrin inkişafına, müxtəlif ölkələrdən olan ali təhsil müəssisələri ilə tərəfdaşlığa önəm verən MDU-da ortaq elmi konfransların, tədbir və layihələrin gerçəkləşdirilməsi diqqət mərkəzində saxlanılır.

Xəbər lenti