Logo

“Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda tədbir keçirilib

08.04.2022 17:37 454 baxış
IMG

Bu gün Binəqədi rayonu 276 nömrəli tam orta məktəbdə Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının  99-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktiki konfransın rayon turu tədbiri keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən və Dövlət himninin səslənməsindən sonra açıq elan olunub.

Tədbiri açıq elan edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Amal Əsgərov rayon ərazisindəki 32 tam orta ümumtəhsil məktəbi tərəfindən 5 mövzuda 103 yazı işinin müsabiqəyə təqdim olunması, yekun mərhələyə 8 yazı işinin seçilməsi və müsabiqənin şərtləri haqqında auditoriyaya məlumat verib.

Tədbirdə çıxış edənlər- Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov müsabiqənin gənc nəslin vətənpərvər ruhda böyüməsində böyük rolu olmasını vurğulayaraq, məktəblilərə uğurlar arzu ediblər.

Daha sonra 2-ci mərhələyə vəsiqə qazanan şagirdlər təqdimatları ilə çıxış ediblər. Müsabiqədə fərqlənən iştirakçılar Binəqədi RİH tərəfindən Fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.

Xəbər lenti