Logo

“Erkən nikahlara qarşı mübarizə” mövzusunda Dəyirmi masa keçiriləcək

08.04.2022 18:26 405 baxış
IMG

15 Aprel 2022-ci il tarixdə saat 15:00-da AƏSMA HİH və sosial fənlər kafedrasının təşkilatçılığı ilə “Erkən nikahlara qarşı mübarizə” mövzusunda Dəyirmi masa keçiriləcək.

Tehsil.biz xəbər verir ki, dəyirmi masanın əsas məruzəçiləri AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Rauf Tofiq oğlu Məmmədov və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası Gender Araşdırmaları Mərkəzinin rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Zeynəddin Müsənnif oğlu Şabanov olacaq.

Dəyirmi masada erkən nikahların yaranma səbəbləri, aradan qaldırılması yolları müzakirə olunacaq, beynəlxalq təcrübəyə müraciət ediləcək.

Ölkədə belə nikahların aradan qaldırılması üçün aparılan tədbirlər və maarifləndirici fəaliyyətdən də bəhs olunacaq.

Tədbir Akademiyanın  kitabxanasında keçiriləcək, burada sərgi təşkil olunacaq. Maraqlananlar iştirak edə bilərlər.

Xəbər lenti