Logo

Corc Vaşinqton Universitetinin professoru tələbəsinə necə kömək etdi? - MARAQLI

25.12.2020 15:19 813 baxış
IMG

Corc Vaşinqton Universitetinin professoru doktor Linn Meteni pandemiya şəraitində tələbəsinə kirayə haqqını ödəməyə kömək edib.  Pandemiya Corc Vaşinqton Universitetinin digər tələbələri kimi  birinci kurs tələbəsi 18 yaşlı Zeniya Kimi  son həddə çatdırıb. 

 

Psixi sağlamlıq problemləri, həmçinin intihar cəhdi onu məşğələlərdən  imtina etməyə məcbur edib. Eyni zamanda, ailə problemləri onun kirayələdiyi evdən çıxmasına səbəb olub.  

 

Dərslərini tərk etməzdən əvvəl Kim universitetin professoru doktor Linn Meteniyə elektron poçt vasitəsilə işini itirməsi barədə məktub yazıb. 
Semestrin sonunda Kim elektron poçtla  Meteniyə problemləri haqqında yazıb. Kimin təəccübünə səbəb olaraq professor onun məktubunu aldığını yazıb və  xahiş edib ki,  poçt hesabını yazsın. Professor tələbəyə kirəyə haqqı olaraq 1000 dollar göndərib. 
Professorun səxavətindən heyrətlənən Kim sosial şəbəkələrə baş vuraraq  və  baş verənləri paylaşıb.  Kimin statusu 250 mindən artıq bəyənmə toplayıb. 

 

"O, mənimlə maraqlanan yeganə professor idi. Mən sözün əsl mənasında şokdaydım. Çünki mən ondan heç nə gözləmirdim. Bu, çox böyük puldur və hər gün bu cür şeylərin baş verdiyini görmürsən. Mən onun kimi bir professora  öz tələbəsinə qayğı göstərdiyinə görə minnətdaram", - deyə Kim bildirir. 

 

Oruc MUSTAFAYEV

Xəbər lenti