Logo

Şagirdlərin nəzərinə: məntiq olimpiadasının nəticələri aprelin 11-dən açıqlanacaq

09.04.2022 15:31 427 baxış
IMG

Lütfi Zadə adına məntiq olimpiadasının rayon (şəhər) mərhələsinin nəticələri aprelin 11-dən etibarən açıqlanacaq.

Təhsil İnstitutundan bildirilib ki, şagirdlər olimpiadanın nəticələrini bu tarixdən etibarən www.portal.edu.azwww.olimpiada.edu.az saytlarından və təhsil aldıqları ümumtəhsil müəssisələrindən öyrənə bilərlər.

Xatırladaq ki, aprelin 2-də ölkə üzrə ümumilikdə 74 mərkəzdə Lütfi Zadə adına məntiq olimpiadasının rayon (şəhər) mərhələsi keçirilib. Olimpiadada 13 minə yaxın şagird iştirak edib.

Xəbər lenti