Logo

Narkomaniyaya qarşı mübarizə çərçivəsində maarifləndirici tədbir baş tutub

09.04.2022 16:31 303 baxış
IMG

Sumqayıt şəhər Təhsil Şöbəsinin akt zalında "Narkomaniyaya yox deyək" mövzusunda tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri Arzu Alızadə, Şöbənin metodisti  Cəmilə Fəyyaz, narkomaniya  eksperti Emil Maqalov iştirak edib.

Tədbirdə narkotik vasitələrin insan sağlamlığına zərəri, həmçinin sağlam cəmiyyət və nəslin formalaşması üçün narkomaniyaya qarşı mübarizənin vacibliyi vurğulanıb. Həmçinin müasir dünyanın qlobal problemlərindən biri olan "ağ ölüm" təhlükəsinə qarşı mübarizə bəşəriyyətin əsas məsələlərindən biri olması qeyd edilib.

Müdir Arzu Alızadə narkomaniyanın nəinki ölkəmizdə, hətta dünya miqyasında geniş vüsət alaraq, insanlıq üçün ciddi təhdidə çevrildiyini bildirib.

Ekspert Emil Maqalov öz növbəsində tədbir iştirakçılarına mövzu haqqında öz tövsiyəsini vermiş və bu sahədə maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd edib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti