Logo

"Oskar" Uill Smitə qadağa qoydu

09.04.2022 17:47 387 baxış
IMG

ABŞ Kino Akademiyası məşhur aktyor Uill Smitə tədbirlərində iştirakınıa 10 il müddətinə qadağan edib.

Kulis.az xəbər verir ki, bu barədə Akademiyanın mətbuat xidməti məlumat yayıb. Buna səbəb onun martın sonunda keçirilən Oskar mükafatnın təqdimat mərasimində Smitin aparıcıya hücum etməsi olub.

“Bu gün (Kino Akademiyasının) İdarə Heyəti 8 aprel 2022-ci il tarixindən başlayaraq 10 il müddətinə cənab Smitin həm şəxsən, həm də virtual formatda Kino Akademiyasının bütün tədbir və proqramlarında, o cümlədən Akademiyanın mükafatlandırma mərasimində iştirakını qadağan etmək qərarına gəlib”– deyə məlumatda deyilir.

Qeyd edək ki, bundan əvvəl Uill Smit öz təşəbbüsü ilə kino Akademiyasını tərk etməsi barədə bəyanat yaymışdı.

Sonuncu Oskar mərasimində o, səhnəyə çıxaraq həyat yoldaşı haqqında yersiz zarafat edən aparıcı Kris Roku sillə ilə vurmuşdu.

Xəbər lenti