Logo

Azərbaycanlı tələbə eyni vaxtda üç universitetdə təhsil alacaq - VİDEO

09.04.2022 21:21 520 baxış
IMG

Eyvaz Əhmədzadə adlı azərbaycanlı gənc eyni anda 3 avropa ölkəsində-Fransa, Böyük Britaniya, həm də İsveçdə ali təhsil alacaq və sonda 3 fərqli universitetin diplomunu qazanacaq. Onun bu işin öhdəsindən necə gələcəyini düşünənlər isə eyvaza qibtə ilə yanaşırlar...

Tehsil.biz Xezerxeber.az-a istinadən bildirir ki, 20 yaşlı Eyvaz Əhmədzadə eyni anda 3 Avropa ölkəsi- Fransa, Böyük Britaniya və İsveçdə ali təhsil alacaq. 

Eyvaz deyir ki, hər 3 ölkənin universitetində eyni anda təhsil alacaq. Yəni 1-ci semestr Fransada, 2-ci semestr Böyük Britaniyada, 3-cü semestri  İsveçdə oxuyaraq,4-cü semestrdə magistr layihəsi üzərində çalışacaq. Bundan başqa o hər semestr arası digər Avropa ölkələrində 2 yay məktəbinin iştirakçısı da olacaq. Ümumilikdə 6 ölkədə təhsil alıb, 3 diploma yiyələnəcək  Eyvazın ixtisası isə "Yaşıl Şəbəkə və Bulud Hesablamaları Texnologiyalarıdır".

Azərbaycanlı tələbə deyir ki, o Azərbaycan-Fransız universitetinin məzunudur. Həm Fransız , həm də İngilis dilini yaxşı bilən Eyvaz İsveç dilini də öyrənəcəyini bildirdi.   

Azərbaycanlı tələbənin sözlərinə görə, onun müraciət etdiyi ixtisasa hər il dünya üzrə 700-800 müraciət olur ki, nəticə olaraq 20-30 nəfər qəbul olunur. 

Xəbər lenti