İtaliyanın Mədəniyyət Nazirliyi Odessanın UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsini təklif edir.
Bununla bağlı qurum rəhbəri Dario Françeski təklif irəli sürüb. Nazirin fikrincə, şəhər məhv olma təhlükəsi ilə üzləşib.
“Odessanın UNESCO-nun Ümumdünya İrs obyekti elan edilməsi üçün dərhal hərəkətə keçməliyik. Odessa - tarixi İtaliya ilə bağlı olan gözəl şəhərdir və bu gün məhv olmaq təhlükəsi ilə üzləşib”, - deyə mədəniyyət naziri bildirib.
Mənbə: TASS //oxu.az