Logo

Alimlər təkrar istifadə oluna bilən kağız hazırlayıblar

10.04.2022 01:01 399 baxış
IMG

Sinqapurun Nanyang Texnoloji Universitetinin mütəxəssisləri təkrar istifadə üçün nəzərdə tutulmuş ekoloji təmiz kağız konsepsiyasını təqdim ediblər.

Tehsil.biz xarici saytlara istinadla xəbər verir ki, kağız bitki tozcuqları əsasında yaradılmaqla, allergiyaya səbəb olmur və eyni zamanda tozcuqdan kağız yaratmaq prosesi ətraf mühitə ciddi ziyan vurmur.

İnnovativ materialı sınaqdan keçirən mütəxəssislər kağızın cırılmadan və zədələnmədən printerdən keçdiyini müəyyən ediblər.

Ümumilikdə isə ixtiraçılar faktiki olaraq əbədi kağız yaratdıqlarını qeyd ediblər. //AZƏRTAC

Xəbər lenti