Logo

ABŞ-da tapılan qalıqlar dinozavrların necə tükəndiyi barədə məlumat verir

10.04.2022 01:38 434 baxış
IMG

Amerika Birləşmiş Ştatlarında tapılan qədim heyvan qalıqları dinozavr nəslinin necə tükəndiyi ilə bağlı müzakirələrə səbəb olub. Günümüzə qədər gəlib çatmış qalığın nəhəng meteoritin yerə düşdüyü gün ölən dinozavra aid olduğu düşünülürdü, lakin alimlər qalığın indiyə qədər tapılmış ən sağlam və zərər görməmiş sümük olması səbəbindən dinozavrların meteorit hadisəsindən sonra da mövcud olduqlarını düşünürlər .

BBC-nin məlumatına görə, 66 milyon il əvvəl 12 kilometr enində meteoritin yerə düşdüyü zaman dinozavrlarda daxil olmaqla canlıların 75 faizinin məhv olduğu adi bir inanca çevrilib. Bu hadisə ilə dinozavrların yüksəlişi sona çatdı və məməlilər dövrü başladı. Bu günə qədər dinozavrlara aid bir çox tapıntı olsa da, qalıqların heç biri ən son kəşf olunan dinozavr ayaq sümüyü qədər sağlam qalmamışdır.

Tapılan dinozavr qalıqlarına yaxın bir ərazidə nəsli kəsilmiş balıq qalıqları da tapılıb. Qazıntı qrupuna rəhbərlik edən Mançester Universitetinin professoru Robert DePalma deyir: “Bizə bu bölgədə nələrin baş verdiyini izah edən çoxlu təffərrüatlar var. Bu, sanki filmdə baş verən hadisələri xatırladır.”

Hazırda Mançester Universitetində bu barədə tədqiqatlar davam edir.

Xəbər lenti