Məktəb direktoru şagirdlərin gözü önündə qurbağa işgəncə verdi.
Tehsil.biz APA TV-yə istinadən xəbər verir ki, Ağdam rayon 71 nömrəli məktəbin direktoru Ülviyyə Mahmudova sosial şəbəkə hesabında heyvana şiddəti əks etdirən videogörüntü paylaşıb.
Maraqlısı odur ki, direktor bunu təcrübə adı ilə həyata keçirib.
Eyni zamanda biologiya müəllimi olduğu deyilən direktorun şagirdlərin gözü önündə qurbağaya şiddət göstərməsi sosial şəbəkə istifadəçiləri tərəfindən də kəskin tənqidlərə səbəb olub.
Son zamanlar inkişaf etmiş ölkələrdə olduğu kimi və eləcə də Azərbaycanda tez - tez rastlaşdığızımız heyvana şiddət xəbərləri gündəmi zəbt edir.
Təbii ki bu kimi hallar təkcə Azərbaycanda deyil, eləcə də dünyada da baş verir.
Görəsən digər əyani vasitələrin olduğu dövrdə məktəb direkorundan heyvana işgəncə verilməsini kim tələb edib?
Məktəb direktorunun əməlindən belə başa düşmək olar ki, əgər mina təhlükəsizliyi ilə bağlı dərs keçirilsəydi, bəlkə də mina şagirdlərin gözü önündə partladılacaqdı.