Britaniyalı yazıçı, detektiv romanları və trillerlər müəllifi Cek Hiqqins (əsl adı Henri Patterson) 92 yaşında vəfat edib.
Tehsil.biz xəbər verir ki, bu barədə “The Guardian” yazıb. Bildirilir ki, Hiqqins Cersidəki evində dünyasını dəyişib.
Qeyd edək ki, 1929-cu ildə Britaniyada anadan olan Hiqqins yazıçılıq karyerasına 1959-cu ildə başlayıb. O, 85 əsər yazıb, onun ən məşhur romanları arasında “Qartal qondu” və “Gecəyarısı zəngi” yer alır. //Qafqazinfo.az