Logo

Partlayış zamanı xəsarət alaraq bu gün vəfat edən şəxs AzMİU tələbəsi imiş

10.04.2022 17:22 871 baxış
IMG

Bakıda “Location” gecə klubundakı partlayışdan sonra yaralananlardan daha biri - 21 yaşlı Ayxan Fətullazadə günorta saatlarında müalicə aldığı özəl tibb müəssisəsində dünyasını dəyişib.

Tehsil.biz xəbər verir ki, Ayxan Azərbaycan Memarlıq və İnşaat Universitetinin 4-cü kurs tələbəsi olub.

Qeyd edək ki, Ayxanın da vəfatı ilə klubda baş verən partlayışda ölənlərin sayı dördə çatıb. O, gecə klubunda ofisiant işləyirmiş.

Xəbər lenti