Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Gəncə şəhərində yeniyetmə qızın ana olması ilə bağlı məlumatlara münasibət bildirib.
Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu "Tehsil.biz"ə bildirib ki, 16 yaşlı qızın ana olması ilə bağlı məlumat araşdırılıb:
"Təəssüf ki, fakt öz təsdiqini tapdı. Erkən nikah və onun fəsadları barədə kifayət qədər maarifləndirici tədbirlər görülsə də, görünür, hələ də bu kimi məsələlərə etinasız yanaşanlar var. Dövlət Komitəsinə daxil olan məlumata görə, yetkinlik yaşına çatmayan qız xəstəxanaya aparılarkən ağır vəziyyətdə olduğuna görə həyatı təhlükə altında olub".
T.Mərdanoğlu qeyd edib ki, faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırmalar aparılır və məsələyə hüquqi qiymət veriləcək.
Fəqan Əzimli
Həmçinin oxuyun: 14 yaşında ailə quran qız 16 yaşında ana oldu