Sosial şəbəkələrdə Bakı Mühəndislik Universitetinin bir qrup tələbəsi marşrutla bağlı problem yaşadıqlarını bildiriblər.
Onlar universitetin qarşısındakı dayanacağın yığışdırılacağını qeyd ediblər.
“Qafqazinfo” məsələ ilə bağlı BMU-nun Mətbuat xidməti ilə əlaqə saxlayıb. Ali təhsil müəssisəsindən bildirilib ki, problem qısa zamanda həllini tapacaq:
“Bu, şirkətlə bağlı problemdir. Biz də universitet olaraq şirkətə müraciət etmişik və problemin qısa zaman kəsiyində aradan qaldırılmasına çalışırıq”.