2022-ci ilin 6 aprel tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Azərbaycan Respublikasının qanunvericilik sistemi” mövzusunda elmi seminar keçirilib.
Tehsil.biz xəbər verir ki, “MDU-da ideoloji maarifləndirmə konsepsiyası ilə bağlı Tədbirlər Planı” çərçivəsində təşkil olunan seminarda universitetin akademik və inzibati heyət üzvləri, tələbələr və magistrantlar iştirak ediblər.
MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayevin moderatorluğu ilə keçirilən seminarda Azərbaycan Vəkillər Kollegiyasının üzvü Hüseyn Əsgərov “Beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin tərkib hissəsi kimi” və MDU-nun hüquqşunası Elvin Abbasov “Azərbaycan Respublikasının normativ hüquqi aktları” mövzusunda məruzələrlə çıxış ediblər.
Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da Vətənə, xalqa və dövlətə bağlı mütəxəssis kadrların yetişdirilməsi məqsədilə tələbə gənclərin ideoloji maarifləndirilməsi diqqət mərkəzində saxlanılır və bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsinə xüsusi önəm verilir.