Logo

Qahirədə “İslam Mədəniyyəti Paytaxtı -2022” tədbirlərinə start verilib

12.04.2022 10:00 360 baxış
IMG

 

 

İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (ICESCO) Qahirədə “İslam Mədəniyyəti Paytaxtı- 2022” tədbirlərinə start verib.


"Tehsil.biz" xəbər verir ki, bu münasibətlə Misir paytaxtındakı Roma Amfiteatrında keçirilən mərasimdə çıxış edən ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Malik və Misirin mədəniyyət naziri İnes Abdel-Dayim dünyanın ən qədim və tarixi abidələri ilə zəngin şəhərlərindən biri olan Qahirədə təşkil olunacaq tədbirlərdən bəhs ediblər.


ICESCO-nun Baş direktoru “İslam Mədəniyyəti Paytaxtı” bayrağını Misirin mədəniyyət nazirinə təqdim edib.
Sonra mərasim iştirakçıları Qahirənin qədim abidələrini əks etdirən foto və əl işləri sərgiləri ilə tanış olub, sənədli filmə və incəsənət ustalarının konsertinə tamaşa ediblər.

Xəbər lenti