Logo

Əməkdar memar ölkədən çıxışına qadağa qoyulması ilə bağlı məlumatlara münasibət bildirib

12.04.2022 16:25 406 baxış
IMG

Əməkdar memar Afis (Hafiz) Əmirxanov ölkədən çıxışına "stop" qoyulması ilə bağlı məlumatlara münasibət bildirib.

"Tehsil.biz"in məlumatına görə, o, “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, Bakı Kommersiya Məhkəməsinin qərarı vaxtilə rəhbəri olduğu firmaya görə verilib:

“Ortada yanlış anlaşılma var. Mən həmin firmanı çoxdan bağlamışam. Borcları da çoxdan ödəmişəm. Hazırda müəllimlik fəaliyyəti ilə məşğulam və heç bir firmaya rəhbərlik etmirəm. Ona görə də Dövlət Vergi Xidməti tərəfindən mənə hesablanan borc əsassızdır. Bakı Kommersiya Məhkəməsinin qərarını da düzgün hesab etmirəm.

Ortadakı yanlış anlaşılmanın aradan qaldırılması üçün müvafiq qurumlara müraciət edəcəm”.

Qeyd edək ki, əməkdar memarın rəhbəri olduğu firmanın Dövlət Sosial Müdafiə Fonduna olan borcları ödənilmədiyi üçün məhkəmədə iddia qaldırılmışdı.

Afis Əmirxanov əməkdar memar, eyni zamanda Prezident təqaüdçüsüdür. O, vaxtilə Memarlar İttifaqının I vitse-prezidenti olub.

Xəbər lenti