"Bu il üçün dövlət məktəbəqədər təhsil müəssisələrinin (uşaq bağçaları) tərbiyəçiləri üçün təlimlərin keçirilməsi nəzərdə tutulur".
Tehsil.biz xəbər verir, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.
O bildirib ki, uşaq bağçalarında çalışan təhsilverənlərin peşəkar bacarıqlarının inkişaf etdirilməsi prioritet məsələlərdən biridir:
"Burada tək yoxlamaq, sertifikatlaşdırmaq haqqında deyil, həm də onların peşəkarlığının inkişafı üçün şərait yaratmaqdan danışmalıyıq. Bu mənada bu il üçün dövlət müəssisələrinin tərbiyəçiləri üçün təlimlərin keçirilməsi nəzərdə tutulur. Bu təlim proqramlarından sonra mərhələli şəkildə onların da peşə qabiliyyətlərinin yoxlanılmasına, başqa sözlə, sertifikatlaşdırılmasına keçilə bilər".