Müddətli əmək müqaviləsi ilə çalışan müəllimlərin daimiləşdirilməsi müsabiqəsinin müsahibə mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.
Tehsil.biz xəbər verir ki, müsabiqənin müsahibə mərhələsində 1581 nəfər çalışdığı ümumi təhsil müəssisəsində daimiləşmək imkanı qazanıb.
Namizədlər 31 avqust saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.
Müsahibə mərhələsində uğur qazanmayan digər namizədlər isə cari tədris ilinin sonunadək fəaliyyətlərinə davam edə bilərlər. Müsahibə mərhələsi ilə bağlı apellyasiya müraciətlərinin qəbul ediləcəyi tarixlər tezliklə ictimaiyyətə elan olunacaq.