Logo

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə yeni rəis təyin olunub - DOSYE

13.04.2022 10:08 693 baxış
IMG

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə yeni rəis təyin olunub.

Tehsil.biz xəbər verir ki, mədəniyyət naziri Anar Kərimovun əmrinə əsasən, İbrahim Müseyib oğlu Əliyev Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə rəis təyin edilib.

Qeyd edək ki, Əliyev İbrahim Müseyib oğlu 12 aprel 1976-cı ildə Ermənistan Respublikasının Ararat (Vedi) rayonu Şidli kəndində doğulub. 1995-ci ildə ali peşə məktəbi – Bakı Kompüter Peşə Liseyini kiçik mühəndis-proqramçı ixtisası üzrə bitirib.

1998-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasında Avtomatika və texniki sistemlərdə idarəetmə ixtisası üzrə bakalavr dərəcəsi, 2000-ci ildə həmin Akademiyanı Texniki sistemlərdə idarəetmə və informatika ixtisası üzrə bitirərək magistr dərəcəsi alıb.

2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini Maliyyə və kredit ixtisası üzrə bitirərək iqtisadçı peşəsinə yiyələnib, 2019-cu ildə Azərbaycan Texniki Universitetinin Nəqliyyat fakültəsini Nəqliyyatda daşımaların və idarəetmənin təşkili ixtisasını bitirib.

16 oktyabr 1992-ci il tarixindən 30 dekabr 1992-ci il tarixinədək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Respublika Hesablama Mərkəzində EHM operatoru, 1 oktyabr 1993-cü il tarixindən 10 noyabr 1995-ci il tarixinədək Bakı Kompüter Peşə Liseyində EHM operatoru, mühəndis-pedaqoq, 30 noyabr 1995-ci il tarixindən 1 may 1997-ci il tarixinədək Azərbaycan Hava Yolları QSC-nin “Azalavia” Bakı Nəqliyyat Aviaşirkətində mühəndis-elektronçu, mühəndis-proqramçı, 2 may 1997-ci il tarixindən 28 iyun 2001-ci il tarixinədək Azərbaycan Hava Yolları QSC-nin “Bakı” aeroportunda mühəndis-proqramçı, şöbə rəisi, 28 iyun 2001-ci il tarixindən 9 aprel 2007-ci il tarixinədək İqtisadi İnkişaf Nazirliyində aparıcı mütəxəssis, baş mütəxəssis, baş məsləhətçi, 9 aprel 2007-ci il tarixindən 15 dekabr 2008-ci il tarixinədək İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunda şöbə müdiri, 5 yanvar 2009-cu il tarixindən 31 mart 2011-ci il tarixinədək “BakıEnerjiQuraşdırma” ATSC-də idarə heyətinin sədr müavini, 4 may 2011-ci il tarixindən 5 iyul 2011-ci il tarixinədək Nəqliyyat Nazirliyində baş məsləhətçi vəzifəsində çalışıb.

24 noyabr 2011-ci il tarixindən 21 avqust 2015-ci il tarixinədək Nəqliyyat Nazirliyinin “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC-də texniki istismar üzrə direktor, baş direktorun müavini – icraçı direktor, baş direktorun müavini – texniki direktor vəzifələrində işləyib.

21 avqust 2015-ci il tarixindən 24 yanvar 2018-ci il tarixinədək Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətində rəis müavini vəzifəsində çalışıb.

25 yanvar 2018-ci il tarixindən 08 fevral 2021-ci il tarixinədək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini vəzifəsində işləyib. 8 fevral 2021-ci il tarixindən 19 oktyabr 2021-ci il tarixinədək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdir müavini vəzifəsində çalışıb və 19 oktyabr 2021-ci il tarixindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdir müavini vəzifəsində işləyib.

O, 2004 – 2006-cı illərdə Heydər Əliyev Fondunda ictimai əsaslarla çalışıb.

Ailəlidir. Bir qızı və bir oğlu var.

Xəbər lenti